Sərgi xəbərləriAITF sərgisi Qafqaz Regionun turizm sənayesinin ən önəmli hadisəsi sayılır
AITF sərgisi Azərbaycan və bütün Qafqaz Regionun turizm sənayesinin ən önəmli hadisəsi sayılır. AITF sərgisi Azərbaycan və xarici ölkələrin səyahətlər sənayesi peşəkarlarının arasında əlaqələrin qurulması və daha da möhkəmləndirilməsi üçün biznes-platforma rolunu oynayır. Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) 2008-ci ilin yekunlarına həsr olunmuş məruzəsində islahatların həyata keçirilməsinə görə Azərbaycan dünya lideri adına layiq görülüb. Artıq hamıya məlumdur ki, bu gün bütün dünyada iqtisadiyyat öz böhranlı günlərini yaşayır, sənaye istehsalı get-gedə azalır. Azərbaycanda isə son 5 ildə, yəni 2004-2008-ci illərdə müşahidə edilən iqtisadi inkişafa heç bir ölkədə rast gəlinməyib. Beş il ərzində iqtisadiyyatımız 2,6 dəfə, büdcə məsrəfləri isə 10 dəfədən də çox artıb. BMT-nin dünya üzrə iqtisadi şəraitə həsr olunmuş məruzəsindəki proqnozlara əsasən, ötən illərdə olduğu kimi 2009-cu ildə də MDB məkanında ən dinamik iqtisadiyyata malik olan ölkə məhz Azərbaycan hesab olunur. Azərbaycanda turizm sənayesi dinamik şəkildə inkişaf edir və yeni maraqlı istirahət istiqamətləri və növləri ilə daha da zənginləşir. Bütün bunlar AITF sərgisində əyani şəkildə nümayiş etdirilir. Son 4 il ərzində ölkədə ümumilikdə otaqlarının sayı 30.706 olan 320 müxtəlif kateqoriyalı mehmanxana inşa və bərpa edilib; hal-hazırda isə daha 35 yeni otel inşa olunmaqdadır. Azərbaycanda 300-dən çox turizm agentliyi fəaliyyət göstərir, 2009-cu ildə 4 beynəlxalq səviyyəli hava limanının açılışı olmuşdur. Daxili turizm: Dünyanın bir çox ölkələrində turist axınının ümumi şəkildə azalmasına baxmayaraq, Azərbaycanda ölkəyə rekord sayda turistlərin axını müşahidə olunur. Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata əsasən, 2009-cu ildə Azərbaycana səfər edən turistlərin sayı 2.3 milyon nəfər təşkil etmişdir ki, bu da ötən il üzrə göstəricilərdən 40-45% çoxdur. Xarici turizm: Ölkənin hüdudlarından kənara səyahət edən Azərbaycan turistlərinin də sayı kifayət qədər çoxalmışdır. Belə ki, əgər 2008-ci ildə turistlərin sayı 2.45 milyon nəfər təşkil edirdisə, 2009-cu ilin sonlarına yaxın bu rəqəm 16-17% artmışdır. Bu ilin ən populyar marşrutları Türkiyə, İtaliya, İspaniya, Dubay, Ukrayna, Rusiya, Yunanıstan, Malayziya, Tailand, İsveçrə və s. olmuşdur. Təkcə illik sərgilərin keçirilməsi faktı beynəlxalq işgüzar birliyin yaranması üçün gözəl bir fürsətdir. Bu isə Azərbaycan bazarının dinamik inkişafından xəbər verir və öz növbəsində biznes baxımından şübhəsiz ki cəlbedicidir. Aparilmiş sorğunun nəticələrinə əsəsən 85,8% iştirakçı Qafqaz regionunda biznesin inkişaf etdirilməsi üçün sərgidə iştirak etməyin vacibliyini vurğulayıb və Eksponentlərin 73.9%-i növbəti ildə də bu sərgidə iştirak etmək arzusunda olduqlarını bildiriblər Buna görə də, regionda öz mövqelərini möhkəmləndirmək istəyində olan şirkətlərin Azərbaycan sərgilərində iştirak etmək barədə verdikləri qərar təsadüfi deyil. Bu baxımdan, Azərbaycan bazarının dinamik, perspektiv və etibarlı olması həlledici amil sayılır.
bütün xəbərlər
|